Fonsekadan “Yuventus”un maraqlandığı futbolçu haqda açıqlama

“Milan”ın baş məşqçisi Paulo Fonseka “Yuventus”un Fikayo Tomori ilə maraqlanmasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Tomorinin əsl peşəkar olduğunu söyləyib:

“Tomorini “Yuventus”a satmaq Pyer Kalulu kimi səhv addım olar? O, əsl peşəkardır və oynamayanda da işə münasibəti dəyişmir. Onun daha tez-tez oynayıb-oynamayacağını deyə bilmərəm, amma mənim üçün o, çox vacibdir”.

Turin klubu qış transfer pəncərəsində müdafiənin mərkəzini gücləndirmək niyyətindədir və “Milan”ın start heyətində daimi yeri almayan 27 yaşlı futbolçu əsas hədəflərdən biri hesab olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button