Fofana 6 həftə olmayacaq

“Çelsi”nin müdafiəçisi Uesli Fofana Çempionlar Liqasının qrup mərhələsində “Milan”a qarşı keçirilən görüşdə zədələnib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, futbolçu, aldığı zədə səbəbindən 6 həftə meydanlara çıxmaya bilər.

Dizindən zədələnən 21 yaşlı futbolçunun artıq müalicəsinə başlanılıb.

“Zadəganlar” Fofananı yayda 80 milyon avroya “Lester”dən transfer edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button