Foden “Real”la oyunda aldığı zədədən danışdı

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real”la ilk oyununda (3:3) aldığı zədə haqda danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, tez zamanda sağalacağına ümid edir:

“Ayağım bir az ağrıyır, amma sağalmağa vaxtım var. Ümid edirəm ki, tez bir zamanda hər şey düzələcək.

Düşünürəm ki, azarkeşlər oyundan razı qaldılar. Hər iki komanda baş-başa getdi. Tamaşaçılar parlaq futbol və çoxlu qollar gördülər”.

Cavab oyunu aprelin 17-də Mançesterdəki “Etihad” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button