
Foden gələcəyi ilə bağlı qərar verib
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden klubda qalmağa qərarlıdır.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “şəhərlilər”lə müqaviləsinin müddətini uzatmağa hazırdır.
Hazırda Fodenin “Mançester Siti” ilə sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir. Klub artıq onunla yeni, uzunmüddətli anlaşma üzərində işləməyə başlayıb.
İngiltərəli oyunçu “Mançester Siti”nin yetirməsidir və peşəkar karyerasına da burada başlayıb. O, cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



