Foden onu tənqid edənlərə cavab verdi

“Mançester Siti”nin hücumçusu Fil Foden sosial şəbəkədə ünvanına səslənən tənqidlərə münasibət bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu açıqlamasında gözləntilərin çox yüksək olduğunu qəbul etdiyini deyib:

“Hazırda gördüyüm hər şey mənfi rəylərdir, amma bu, yaşadığımız dünyanın bir hissəsidir. Mövsümün ən yaxşı oyunçusu seçiləndə standartlar daha da yüksəlir. Mən bunu anlayıram”.

O, həmçinin, yalnız konstruktiv tənqidlərə diqqət yetirməyə çalışdığını, bunun da inkişafına kömək etdiyini vurğulayıb.

Premyer Liqanın dördüncü turunda “şəhərlilər” “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edib. Matçda ilk qolu Foden vurub, daha sonra Erlinq Haland dubla imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button