Qvardiola onu “Real”la oyun üçün qoruyacaq

“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden İngiltərə Premyer Liqasında “Kristal Pelas”la qarşılaşmada ehtiyat oyunçular skamyasında qalacaq.  

Komanda.az “The FPL Newsletter”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Pep Qvardiola yarımmüdafiəçini “Real”la matçdan qabaq yormaq istəmir.

Foden çempionatın son turunda “Aston Villa” ilə oyunda het-trik edib. Göründüyü kimi, baş məşqçi Qvardiola Çempionlar Liqasının 1/4 finalının “Real”la oyunöncəsi ingilis futbolçuya istirahət vermək qərarına gəlib.

Foden cari mövsümdə İngiltərə çempionatında 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button