“Foden İngiltərə yığmasında olmalıdır” – Keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin komandanın Premyer Liqanın 27-ci turunda “Mançester Siti” ilə oyunundan (1:3) sonra “şəhərlilər”in hücumçusu Filip Fodenin çıxışını şərh edib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ingilis futbolçu bu görüşdə dubla imza atıb. İngiltərə millisinin keçmiş üzvü Fodelə bağlı belə deyib:

“İngiltərə yığmasında böyük rəqabət var və baş məşqçi Qaret Sautqeytin işi çətindir. Lakin Foden start heyətində olmalıdır. Mənim üçün bu adam tamamilə komanda oyunçusudur. O, İngiltərə yığmasında olmalıdır”.

23 yaşlı futbolçu bu mövsüm 27 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button