
“Nəyisə dəyişməyə ehtiyac yoxdur” – “Mançester Siti”nin futbolçusu
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden komandasının uğursuz mövsümü haqda danışıb.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu həyatda bəzən yıxılmaların olduğunu bildirib:
“Problemlərimizi bir sıra səbəblərlə izah etmək olar. Komandada çoxlu zədəli futbolçular var idi. Əvvəlki bütün nailiyyətlərimiz sağlamlığımız üçün böyük sınaq oldu. Həmişə zirvədə olmaq olmur, həyatda bəzən yıxılmalar olur. Düşünürəm ki, nəyisə dəyişməyə ehtiyac yoxdur. Baş məşqçiyə inanıb formada qalmalıyıq”.
“Mançester Siti” hazırda 51 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



