Karyerasını bitirir – gözlərində problem var
Braziliyanın “Fluminense” klubunun hücumçusu Fred yayda karyerasını bitirəcəyini açıqlayıb.
Komanda.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı braziliyalının gözlərində problemlər olduğuna görə karyerasını bitirmək istəyir. Lakin klub rəhbərliyi bu qərarın komandanın yubiley gününə qədər təxirə salınmasını istəyib. İyulun 21-də “Fluminense”nin 120 yaşı tamam olacaq.
Fred Braziliya millisinin heyətində 39 oyun keçirib və 18 qola imza atıb. O, milli komanda ilə 2013-cü ildə Konfederasiyalar Kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin