
“Virts məsələsi hələ də mənə ağrı verir”
“Bayern”in idarə heyətinin üzvü Karl-Haynts Rummenigge klubun qaçırdığı transferlərlə bağlı açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xüsusilə, Florian Virts və Nik Voltemade transferlərinə toxunub:
“Florian Virts məsələsi hələ də mənə ağrı verir. Onun üçün “Bayern” “Liverpul”dan daha yaxşı seçim olardı. Biz həmçinin, Voltemade ilə də müqavilə imzalaya bilərdik. Amma “Bayern” kifayət qədər müdrikdir ki, maliyyə avantüralarına girməsin”.
Voltemade bu yay “Ştutqart”dan “Nyukasl”a 85 milyon avroya transfer olunub. Virts isə Leverkuzen “Bayer”indən 121 milyon avroya “Liverpul”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



