![](https://komanda.az/wp-content/uploads/2023/02/Penya-780x470.jpg)
Penya “Barselona”nı tərk edə bilər – Fliklə söhbətdən sonra
Son zamanlar “Barselona”da əsas qapıçı funksiyasını Voyçex Şçesnı yerinə yetirir, İnyaki Penya isə ehtiyat oyunçular skamyasında oturur.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Penya baş məşqçi Hans-Diter Flikin dialoqa açıq olmasından istifadə edib və onu oynatmamasının səbəbləri haqqında danışıb.
Danışıq xoşagəlməz olub və mənfi nəticə verib. Söhbət zamanı Flik İspaniya superkubokunun yarımfinalından əvvəl oyunöncəsi müzakirələrə gecikdiyini Penyaya xatırladıb. Baş məşqçinin sözlərinə görə, o, kifayət qədər məsuliyyətli olmayıb. Flik Penyanı yeni reallığı qəbul etməyə çağırıb.
Almaniyalı çalışdırıcı ilə söhbətdən sonra ispaniyalı qapıçı anlayıb ki, onun üçün oyun vaxtı ilə hesablaşmaq çətin olacaq. O, hətta komandasını dəyişmək imkanları barədə də düşünməyə başlayıb.
“Barselona”nın bir nömrəli qapıçısı payızda ciddi zədə alan Mark-Andre ter Ştegendir.
Bizi Facebook-da izləyin