
Flikin yeni mövsümün ilk oyunu üçün əsas heyəti
“Barselona” La Liqanın yeni mövsümünün ilk turunda “Malyorka” ilə qarşılaşmağa hazırlaşır.
Kataloniya təmsilçisinin səfər oyunu avqustun 16-da keçiriləcək.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik artıq start heyətini müəyyənləşdirib.
Almaniyalı mütəxəssisin yeganə tərəddüdü sağ cinah müdafiəçisi mövqeyindədir. O, hələ ki, Jül Kunde ilə Erik Qarsiya arasında seçim etməyib.
Qalan müdafiə xətti Balde, Pau Kubarsi və Ronald Arauxodan ibarət olacaq. Qapıda isə Xuan Qarsia dayanacaq, amma onun qeydiyyat məsələsi həll olunmalıdır. Orta sahədə Pedri, Frenki de Yonq və Fermin Lopes yer alacaq. Hücumda isə Rafinya, Ferran Torres və Lamin Yamalın çıxış edəcəyi gözlənilir.
“Malyorka” – “Barselona” oyunu saat 21:30-da başlayacaq.
Bizi Facebook-da izləyin