
Flikin seçimi onlardan yanadır
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiənin mərkəzində əsas kombinasiyasına qərar verib.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İniqo Martines və Pau Kubarsi duetinə üstünlük verir. Hər kəs sağlam və oynamağa hazır olarsa, start heyətdə oynamaq ehtimalı yüksək olan onlardır.
Mərkəz müdafiəçisi mövqeləri uğrunda Ronald Arauxo, Erik Qarsiya və Andreas Kristensen də mübarizə aparır.
“Barselona” bu gün doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşacaq. Məlumata görə, bu görüşdə mərkəz müdafiəçiləri Martines və Kubarsi olacaq.
Kataloniyalılar İspaniya La Liqasında 48 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda “Real”la “Atletiko”dan müvafiq olaraq 3 və 2 xal geri qalır. Onlar bugünkü matçda qalib gəlsələr, 1-ci yerə qayıdacaqlar.
Bizi Facebook-da izləyin