Flikin Qavi ilə bağlı arzusu
Baş məşqçi Hans-Diter Flik, “Barselona”nın 20 yaşlı futbolçusu Qavini gələn il daha güclü görəcəyinə ümid edir.
2023-cü ilin noyabrından 2024-cü ilin oktyabrına qədər zədə səbəbindən oyuna çıxa bilməyən futbolçu, komandaya qayıtdıqdan sonra daha çox əvəzedici kimi meydana çıxıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, yaxın gələcəkdə bu vəziyyətin dəyişəcəyi gözlənilir. Ən azından, Flik buna ümid edir. Alman mütəxəssis Qavinin 2025-ci ildə əvvəlki səviyyəsinə qayıtmasına kömək etməyi planlaşdırır. Qavi hələ də “Barselona”nın baş məşqçisi üçün mühüm oyunçudur.
Qavi bu mövsümdə “Barselona”nın 13 matçında iştirak edib və bir ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin