Pike “Barselona” haqda: “İşlər çox yaxşı gedir”
“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında komandanın çıxışı haqda danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, komandada işlərin yaxşı getdiyini deyib:
“Hazırda işlər çox yaxşı gedir. Dani Olmo kimi yeni gələnlər, eləcə də, mövsümöncəsi toplanış zamanı artıq çox şey sübut etmiş gənclər yaxşı nəticələr göstərdilər. Düşünürəm ki, Flikin komandası titullar uğrunda mübarizə aparmaq üçün kifayət qədər yüksək səviyyədədir”.
La Liqanın 4-cü turunun matçında “Barselona” “Valyadolid”i 7:0 hesabı ilə darmadağın edib. Kataloniya klubu 12 xalla La Liqanın turnir cədvəlində birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin