Flik bu 3 futbolçunun “Barselona”da qalmasını istəyib
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsi zamanı üç futbolçunu heyətdə saxlamaqda israr edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, söhbət hücumçu Ansu Fati ilə yanaşı, iki mərkəz müdafiəçisi – İniqo Martines və Erik Qarsiyadan gedir.
“Barselona” ötən yay hər üç futbolçu ilə yollarını ayıra bilərdi, lakin alman mütəxəssis bunun qarşısını alıb.
Flik cari mövsümün startından əvvəl “Barselona”ya rəhbərlik edir. O, bu postda mayda istefaya göndərilən Xavini əvəzləyib. “Barsa” yeni baş məşqçinin rəhbərliyi altında La Liqada keçirdiyi ilk 4 oyunun hamısında qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin