“Ümid edirik ki, De Yonq əməliyyat olunmayacaq” – Flik

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik zədəli yarımmüdafiəçi Frenki de Yonqun durumu haqda danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, alman çalışdırıcı niderlandlı futbolçunun əməliyyat olunmayacağına ümid etdiyini bildirib:

“Ümid edirik ki, əməliyyat olunmayacaq. İndi Frenki məşq edir. Biz vəziyyətin gələcək inkişafını izləyəcəyik. Mən onu milli komandanın oyunlarından sonra meydanda görmək istərdim, lakin hələlik buna tam əmin deyiləm”.

De Yonq apreldə topuğundan zədə almışdı. O, bu səbəbdən 2024-cü il Avropa çempionatında Niderland millisinə kömək edə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button