“Flikin “Barselona”sını çox bəyəndim” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yoxlama görüşündə “Barselona”ya məğlubiyyəti (2:2, penaltilər – 1:4) şərh edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Hans-Diter Flikin “Barselona”sını çox bəyəndiyini bildirib:
“Flikin “Barselona”sını çox bəyəndim. Mövsüm uzundur, amma onlar xoşuma gəldi. Mövqe oyunu qeyri-adidir, cinah yarımmüdafiəçilər hücumçu kimi çıxış edir, orta oyunçular irəli çıxır, müdafiəçilər boşluğa hücum edir. Oyun fantastik idi, şanslar çox idi, neçə zərbə vurduğumuzu dəqiq bilmirəm. Düşünürəm ki, rəqib də razı qaldı”.
“Mançester Siti” növbəti yoxlama oyununu avqustun 4-də “Çelsi” ilə, “Barselona” isə həmin gün “Real”la keçirəcək.
Flik bu il “Barselona”ya baş məşqçi təyin edilib. O, bu postda Xavini əvəzləyib.
Almaniyalı çalışdırıcının Kataloniya klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. Onun rəhbərliyi altında “Barselona” 2 yoxlama oyunu keçirib və hər ikisində qalib gəlib.
Bizi Facebook-da izləyin