
Flik yeni transferlər istəyir
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsində heyətin gücləndirilməsinə ümid edir.
Kataloniyalılar almaniyalı mütəxəssisin rəhbərliyi altında debüt mövsümündə bütün gözləntiləri üstələyərək La Liqa çempionluğunu qazandı, ölkə kuboku və superkubokunda uğur əldə etdi, həmçinin, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə qədər irəlilədi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, əldə olunan nailiyyətlərə baxmayaraq, Flik heyətdə müəyyən mövqelərin gücləndirilməsinə ehtiyac olduğunu düşünür.
O, klub rəhbərliyinə müraciət edərək transfer bazarında bəzi mövqelərin gücləndirilməsini xahiş edib.
Baş məşqçiyə görə, “Barselona” növbəti mövsümdə daha da güclü olmalıdır ki, qarşıya qoyulan hədəflərə nail ola bilsin.
Kataloniya təmsilçisi mayın 25-də, La Liqanın son turunda “Atletik”lə qarşılaşacaq.
Bizi Facebook-da izləyin