Flikin “Barselona”da görmək istədiyi futbolçu

“Barselona”nın “Atletik”in vingeri Niko Uilyamsla maraqlandığı deyilir, ancaq komandanın baş məşqçisi Hans-Diter Flik başqa namizədə üstünlük verir.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, kataloniyalılar Uilyamsı inandırmaq əvəzinə, Camal Musiala üçün mübarizə aparsa, Flik daha da xoşbəxt olar.

Bununla belə, “Bayern”in 22 yaşlı yarımmüdafiəçisini yola gətirmək daha çətin olacaq. O, bu yaxınlarda Münhen klubu ilə yeni müqavilə imzalayıb və onun transfer dəyəri xeyli yüksəkdir.

“Transfermarkt” portalı almaniyalı oyunçunu 140, ispaniyalı futbolçunu isə 70 milyon avro dəyərində qiymətləndirir. Uilyamsın müqaviləsində 60 milyon avroluq sərbəst qalma maddəsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button