
Pedri: “Flik bizi çox güldürür”
“Barselona”nın yarımmüdafiəçisi Pedri sabiq baş məşqçiləri haqqında fikirlərini bölüşüb.
Komanda.az “BarcaTimes”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Ronald Kumana həmişə minnətdar olacağını bildirib:
“Ronald Kumana həmişə minnətdar olacam. Çünki o, mənə debüt etməyə imkan verdi və heç kim məni tanımayanda, mənə güvəndi.
Xavi Hernandes (“Barselona”nın sabiq baş məşqçisi) bizə ümid qaytardı və heç kimin gözləmədiyi anda çempionluq yaşatdı. O, klubun əfsanəsidir və gənclərə çox inanırdı.
Hans-Diter Fliklə birlikdə isə bir addım da irəli getdik. O, lazım olanda sərtdir, amma gülmək vaxtı gələndə bizi çox güldürür. Adətən sakitdir, amma onu əsəbiləşdirmək olmaz”.
22 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 13 matçda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



