Flikdən sevindirici xəbər
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın İspaniya superkubokunun yarımfinalında “Atletik”lə matçda iştirak etməyə hazır olduğunu təsdiqləyib.
Komanda.az xəbər verir verir ki, almaniyalı çalışdırıcı mətbuat konfransında 17 yaşlı futbolçunun zədəsini tam sağaltdığını və komandaya kömək etməyə hazır olduğunu bildirib:
“Yamal bu matçda oynaya biləcək. O hazırdır, artıq ümumi qrupla üç-dörd məşq edib”.
İspaniyalı yarımmüdafiəçi zədə səbəbindən “Barselona”nın son iki oyununda iştirak etməyib.
Kataloniyalılar “Atletik” üzərində qələbə qazanacağı təqdirdə, İspaniya superkubokunun finalında “Real” – “Malyorka” cütünün qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin