Flikdən Yamala məsləhət

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Jirona” ilə oyundan əvvəl 17 yaşlı hücumçu Lamin Yamala məsləhət verib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Yamalın indi yüksək səviyyədə olduğunu bildirib:

“Yamal indi yüksək səviyyədədir. Ancaq bu yaşda o, hələ də inkişaf edə bilər. Onun hər gün məşq etməsinə baxmağı xoşlayıram. Bu adam sadəcə irəli getməlidir. Bu, mühüm məqamdır. Lamin böyük futbolçu olmaq istəyirsə, çalışmağa davam etməlidir. Onun dincəlməyə çox vaxtı olmayacaq”.

Yamal İspaniya çempionatının cari mövsümündə 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button