Flikdən Reşforda zəng

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın gələcək üzvü Markus Reşfordla telefon vasitəsilə əlaqə saxlayıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis 27 yaşlı hücumçuya klubdakı rolu və gələcək planları barədə məlumat verib. Flik Reşfordun “Barselona”da oynamaq arzusunu dərhal anladığını və keçidi səbirsizliklə gözlədiyini bildirib.

“Barselona” onu “Mançester Yunayted”dən 30 milyon avro qarşılığında icarəyə götürüb və satın alma imkanı da mövcuddur.

İngiltərəli futbolçu bazar günü Kataloniyaya gəlib və yaxın günlərdə klub keçidi rəsmi şəkildə açıqlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button