Flik Yamalın zədəsinə aydınlıq gətirdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Elçe” üzərində 3:1 hesablı qələbədən sonra Lamin Yamalın sağlamlıq vəziyyəti barədə danışıb.

Komanda.az “Barca Blaugranes”-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı bu zədəni daim nəzarətdə saxlamaq lazım olduğunu bildirib:

“Bu zədəni daim nəzarətdə saxlamaq lazımdır. O, intizamlı futbolçudur, məşqlərini edir, prosedurlardan keçir və bütün tələblərə əməl edir. Amma demək olmaz ki, zədə tam arxada qalıb. Bəzən yenidən özünü göstərir, bəzən isə çəkilir. Onun bu vəziyyətlə yaşamağı və onu idarə etməyi öyrənməsi lazımdır”.

Yamal cari mövsümdə bütün turnirlərdə 9 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button