Reşforddan Flik haqda açıqlama

“Barselona”nın yeni hücumçusu Markus Reşford komandanın çalışdırıcısı Hans-Diter Fliki xüsusi məşqçi adlandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin ünsiyyətcil və sadə olduğunu söyləyib:

“O, çox ünsiyyətcil və sadədir. Bu, komandada çoxlu gənc oyunçu olduqda xüsusilə vacibdir. Hans-Diter Flik son mövsümün nəticəsini üstələmək üçün çox həvəslidir, ona görə də, komandanın uğur qazanacağını düşünürəm. O, xüsusi oyunçularla işləməyi bilən xüsusi məşqçidir”.

Kataloniya klubu 2024/25 mövsümündə La Liqa, İspaniya kuboku və İspaniya superkubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button