Flik Olmonun zədəsindən danışdı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik dünən İspaniya çempionatında “Jirona” ilə matçda zədələnən yarımmüdafiəçi Dani Olmonun durumu haqda danışıb.
Komanda.az xəbər verir ki, almaniyalı çalışdırıcı Olmonun zədəsinin ciddi olmadığına ümid etdiyini bildirib:
“Olmo? Test nəticələrini sabah görəcəyik. Onunla həkimlərimiz məşğul olacaq. Hələ hər şeyin yaxşı olduğuna əmin deyilik. Ümid edirəm ki, zədə ciddi deyil, amma daha heç nə deyə bilmərəm”.
“Barselona” “Jirona” ilə səfər matçında 4:1 hesablı qələbə qazanıb. Qollardan birini Olmo vurub.
Olmo İspaniya çempionatının 3 oyununda artıq 3 qol vurub. 26 yaşlı futbolçu yayda “Leyptsiq”dən “Barselona”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin