Flik: “Sevinirəm ki, keçən mövsüm səviyyəsində çıxış etdik”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Valensiya” ilə oyun (6:0) sonrası komandasının müdafiə xətti barədə fikirlərini bölüşüb.

“Yarasalar” La Liqanın 4-cü turunda Kataloniya təmsilçisinin qapısına cəmi iki zərbə endirə bilib.

Komanda.az xəbər verir ki, Flik mətbuat konfransında futbolçularının çıxışını yüksək qiymətləndirib:

“Erik Qarsiya və Pau Kubarsi mərkəzdə əla oynadılar, yarımmüdafiə xətti də özünü yaxşı göstərdi. Sevinirəm ki, keçən mövsüm səviyyəsində çıxış etdik. Bizim çox yaxşı müdafiəçilərimiz var, o cümlədən həm mərkəzdə, həm də sol cinahda oynaya bilən Jerar Martin”.

“Barselona” hazırda La Liqada 4 oyundan sonra 10 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button