Şesnı “Barselona”nın əsas qapıçısı olacaq?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Voyçex Şesnını komandanın əsas qapıçısı etmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İnyaki Penya Şesnının gəlişindən sonra da Kataloniya klubunun əsas qapıçısı olacaq. Bununla belə, o, ardıcıl yaxşı səviyyədə çıxış etməlidir, çünki polşalı qolkiper həqiqətən də start heyətinə düşmək istəyir.

Mark-Andre ter Ştegen dizindəki çarpaz bağın yırtılması səbəbindən böyük ehtimalla, mövsümün qalan hissəsini buraxacaq. Buna görə də, “Barselona” 34 yaşlı Şesnı ilə müqavilə bağlamaq qərarına gəlib. Belə olan halda, bu yay “Yuventus”dan ayrılaraq karyerasını bitirdiyini elan edən polşalı qapıçı futbola yenidən qayıtmalı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button