Flik “Real”la oyunda taktiki planını niyə dəyişməyib?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Real”la oyunda öz ideyalarından vaz keçməyib.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Flik “Real”la görüşdən əvvəl oyunun taktiki sxemini dəyişməkdən qəsdən imtina edib.

Flik inanıb ki, güclü rəqibə uduzmaqdan qorxsa, adi planlarından yayınsa, oyunçular onu ciddi qəbul etməyəcəklər. Kilian Mbappe və Vinisius Juniora qarşı son dərəcə yüksək müdafiə xətti ilə oynamaq böyük risk kimi görünüb, lakin bu nəticə verib. Madrid komandasının futbolçuları 12 dəfə oyundankənar vəziyyətə düşüb.

Kataloniyalılar “Santyaqo Bernabeu”da 4:0 hesablı qələbəyə sevinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button