
Flikdən futbolçulara qrup şəkildə oyun izləmək qadağası
Dünən “Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko”ya qalib gəlib – 2:1. Bu gün isə “Barselona” turnirin eyni mərhələsində “Benfika” ilə qarşılaşacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barsa”nın baş məşqçisi Hans-Diter Flik “Estadio da Luz” stadionunda axşam məşqindən sonra bütün komandanı otelin yeməkxanasında şam yeməyinə toplayıb və “Real” – “Atletiko” oyununu birlikdə izləmək imkanını istisna edib. Alman mütəxəssis bu oyunu izləmək istəyən hər kəsə icazə verib, ancaq öz otaqlarında.
Məlumatda qeyd olunur ki, Flik əvvəlki baş məşqçi Xavidən fərqli olaraq, rəqiblərin matçlarını birlikdə izləmək kimi təşəbbüsləri dəstəkləmir. Xavi belə fəaliyyətlərin komandanın birliyini gücləndirdiyinə inanırdı, lakin “Barselona”nın hazırkı baş məşqçisi əmindir ki, oyunçular nə etməli olduqlarını və onlardan nə tələb olunduğunu biləcək qədər peşəkardırlar.
Bizi Facebook-da izləyin



