Flik: “Mənimlə Qvardiola arasında böyük fərq var”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flikə Pep Qvardiolanın əvvəllər dediyi sözlərlə bağlı sual verilib.

İspaniyalı mütəxəssis mətbuat konfransında “tox qarın sindromu” adlanan, yəni bir komandanın qələbələrlə doyduğu və futbol aclığını itirdiyi bir vəziyyətdən danışmışdı.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Flik jurnalistlərə “Mançester Siti”nin çalışdırıcısı Qvardiolanın fərqli səviyyə olduğunu deyib:

“Mənimlə Pep arasında böyük fərq var. O, fərqli səviyyədədir. Mən də onun kimi daha çox qazanmaq istəyirəm. Amma o, tam başqa səviyyədir”.

“Barselona” ötən mövsüm bütün daxili turnirlərin qalibi olub. Komanda La Liqada növbəti matçını avqustun 23-də, səfərdə “Levante”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button