Yeni baş məşqçi Qavini müdafiəçi kimi oynadacaq
“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik ispaniyalı yarımmüdafiəçi Qavinin komandadakı rolu ilə bağlı qərar verib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Qavi başqa müdafiə oyunçusu ilə yanaşı ikinci müdafiəçi, eyni zamanda yarımmüdafiəçi mövqeyində istifadə olunacaq.
Alman mütəxəssis futbolçudan hücumda istifadə etmək fikrində deyil.
Qavi dizinin çarpaz bağları zədələndiyi üçün ötən ilin noyabr ayından sıradan çıxıb. Yarımmüdafiəçinin komandaya nə vaxt qoşulacağı hələlik məlum deyil.
İspaniyalı futbolçu ötən mövsüm cəmi 15 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin