Baş məşqçi Qavinin açıqlamasından narazı qalıb

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Qavinin Jül Kundeni açıq şəkildə tənqid etməsindən narazıdır.

Fransalı futbolçu La Liqanın son turunda – “Selta” ilə matçda kobud səhvə yol verərək, komandasının oyunun sonlarında (84-cü dəqiqədə) qol buraxmasına mane ola bilməyib (2:2).

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, bu epizodla bağlı danışan Qavi belə deyib:

“İlk buraxdığımız qol sadəcə zarafat idi. O, topu vurmalı idi. Bu, futboldur, öyrənməliyik”.

Flik Qavinin davranışını təqdir etməyib. O, ispaniyalı futbolçunun Kundeni açıq şəkildə tənqid etməsindən narazı qalıb. Almaniyalı çalışdırıcı 26 yaşlı müdafiəçiyə tam güvənir və tez-tez onu komandanın ən məsuliyyətli oyunçularından biri kimi göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button