
Qavinin yeni mövsümün hazırlığında iştirakı sual altındadır
“Barselona”nın yarımmüdafiəçisi Qavi çarpaz bağlarından zədəsini sağaltmaqda davam edir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, futbolçunun bərpası sürətlə gedir, lakin onun mövsümöncəsi məşqlərdə iştirakı sual altındadır.
Komandanın yeni baş məşqçisi Hans-Diter Flik futbolçunun sağalma prosesini diqqətlə izləyir. Almaniyalı mütəxəssis Qavini layihəsinin vacib hissəsi hesab edir.
İspaniyalı futbolçu 2023-cü ilin noyabr ayında sıradan çıxıb. O, ötən mövsüm La Liqada cəmi 12 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin