Flik Qarsiya ilə bağlı qərarını dəyişəcək
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın müdafiəçisi Erik Qarsiya ilə bağlı planlarına yenidən baxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ispaniyalı futbolçudan müdafiənin mərkəzindəki adi rolundan daha çox müdafiəçi-yarımmüdafiəçi mövqeyində istifadə edirdi. Lakin Flik artıq Qarsiyanı yarımmüdafiəçi kimi görmür. O, 23 yaşlı futbolçunu dəstək zonasına buraxmağı planlaşdırmır.
Qarsiya hazırda zədəsini sağaltmaqda davam edir. O, bu mövsüm Kataloniya klubunun heyətində bütün yarışlarda 9 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin