Flik: “Çempionlar Liqasına üç xalla başlamaq çox vacibdir”

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda “Barselona” səfərdə “Nyukasl” üzərində 2:1 hesablı qələbə qazanıb.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik oyundan sonra təəssüratlarını bölüşüb:

“Stadionda fantastik atmosfer var idi. “Nyukasl”ın necə intensiv oynadığını gördük və bunu gözləyirdik də. Biz öz gücümüzə inanırdıq, özümüzə güvənirdik. Çempionlar Liqasına üç xalla başlamaq çox vacibdir. Ötən il startı “Monako”ya məğlubiyyətlə açmışdıq. Bu qələbə bizə daha da inkişaf etməkdə kömək edəcək”.

“Barselona” ÇL-in ikinci turunda növbəti matçını doğma meydanda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button