Flik oyunçularını mükafatlandırdı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik oyunçularını “Sevilya” ilə matçda 4:1 hesablı qələbə qazandıqdan sonra üç günlük istirahətlə mükafatlandırıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı vacib üç xal qazandıqlarını bildirib:

“Bu gün biz qalib gəldik və vacib üç xal qazandıq. Buna görə də komandaya üç gün istirahət vermək qərarına gəldim ki, hamı sağalsın”.

Flikin komandası növbəti oyununu fevralın 17-də “Rayo Valyekano”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button