
Ter Ştegen: “Flik oyunçular arasında tarazlıq tapıb”
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandadakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Baş məşqçimiz Hans-Diter Flik oyunçular arasında tarazlıq tapıb, hər kəs onun üçün vacibdir. Təbii ki, daha vacib futbolçular həmişə daha çox oynayanlar olacaq. Amma biz bir komandayıq”.
Ciddi zədəsini təzəcə sağaldan almaniyalı qolkiper ötən ilin sentyabrından bəri ilk dəfə şənbə günü La Liqada “Valyadolid”lə oyuna çıxıb. Kataloniya komandası bu matçda qələbə qazanıb (2:1).
“Barselona” çərşənbə axşamı Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”lə cavab oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin