Flik onun “Barselona”ya gəlməsini istəmir

“Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaço İspaniya La Liqasında çıxış edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu argentinalı futbolçunu “Barselona”ya satmaq istəyir. Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik isə mümkün sövdələşməyə mənfi münasibət bəsləyir. Almaniyalı mütəxəssis Qarnaço ilə əməkdaşlıq etməkdə maraqlı deyil. Flikin əsas hədəfi “Bayern”dən Camal Musiala və Coşua Kimmixdir.

Qarnaço bu mövsüm 25 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button