Flik onu “Barselona”da görmək istəyir

Niderland millisinin və “Bayer”in yarımmüdafiəçisi Ceremi Frimponq “Barselona”nın maraq dairəsindədir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçunun alınmasında “Barsa”nın baş məşqçisi Hans-Diter Flik şəxsən maraqlıdır.

Almaniyalı mütəxəssis bu transferi təşkil etməyi klub rəhbərliyindən istəyib. Əsas problem qarşı tərəfin güzəştə getməməsidir. “Bayer” Frimponq üçün ən azı 40 milyon avro istəyir.

23 yaşlı futbolçu ötən mövsüm 49 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button