
Flik onun transferinə razılıq verib
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun mümkün transferinə müsbət yanaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Reşfordun komandaya qoşulmasına razılıq verib və onu heyətdə görmək istəyir.
Yaxın günlərdə “Barselona” və “Mançester Yunayted” arasında rəsmi danışıqların başlanacağı gözlənilir. Öz növbəsində, Reşford da karyerasını Kataloniya klubunda davam etdirmək arzusundadır.
26 yaşlı ingiltərəli forvard son mövsümdə 41 oyunda meydana çıxıb, 11 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



