“Rafinyanın pik həddə çatdığını deyə bilərik” – Flik
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik braziliyalı yarımmüdafiəçi Rafinyanın cari mövsümün əvvəlindəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Rafinyanın əla oyunçu olduğunu bildirib:
“Onun ötən mövsümlə performansını müqayisə etsək, Rafinyanın pik həddə çatdığını deyə bilərik. Meydanda fərq yaratmağa başlayıb. O, əla oyunçudur. Onun oyununu izləmək çox xoşdur. Rafinyanın heyrətamiz texnikası var”.
27 yaşlı yarımmüdafiəçi 2023/24 mövsümündə “Barselona”nın 4 oyununda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin