
Flik yeni transferi ehtiyat variant kimi görür
“Barselona”nın yeni transferi Markus Reşford əsas heyətdə yer almaq üçün Rafinya Diasla yarışmalı olacaq.
Komanda.az “Deportivo”-ya istinadən xəbər verir ki, Rafinya baş məşqçi Hans-Diter Flikin hücumun sol cinahında ilk seçimi olaraq qalır, Reşford isə ehtiyat variant olacaq.
Son mövsümdə “Barsa”nın Rafinyaya praktiki olaraq alternativi yox idi və Reşfordun gəlişi ilə Flik ona daha çox istirahət verə biləcək.
Kataloniya klubu ingiltərəli futbolçunu “Mançester Yunayted”dən 2025/26 mövsümünün sonuna qədər 30 milyon avroya almaq şərti ilə icarəyə götürüb.
Reşfordla bağlı rəsmi açıqlama bu günə planlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin