![](https://komanda.az/wp-content/uploads/2023/09/frenki-de-yonq-780x470.jpeg)
Flik onun “Barselona”da qalmasını istəyir
”Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq gedəcəyi ilə bağlı mətbuatda yayılan söz-söhbətlərə baxmayaraq, Kataloniya klubunda qala bilər.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Hans-Diter Flik niderlandlı futbolçunu saxlamaqda maraqlıdır. Almaniyalı mütəxəssis klubun De Yonqla müqaviləni bu mövsümün sonuna qədər uzatmasını istəyir.
27 yaşlı yarımmüdafiəçi 2019-cu ilin yayından “Barselona”da çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2026-cı il iyunun sonunda başa çatacaq. O, bu mövsüm 11 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin