Flik onu “Barselona”da saxlamaq qərarına gəlib

“Barselona”nın müdafiəçisi Erik Qarsiya gələn mövsüm komandada qalacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Qarsiyanı yeni mövsümdə komandada saxlamaq qərarına gəlib. O, həm cinah müdafiəçisi, həm də müdafiəyəmeyilli yarımmüdafiəçi kimi də oynamağı bacarır.

İspaniyalı futbolçu ötən mövsümü “Jirona”da icarə əsasında keçirib və komandanın çempionatı 3-cü yerdə bitirməsinə, həmçinin Çempionlar Liqasına vəsiqə qazanmasına kömək edib.

Qarsiya “Barselona”ya 2021-ci ilin yayında “Mançester Siti”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button