![](https://komanda.az/wp-content/uploads/2022/09/ronald-arauxo.jpg)
Flik onu Arauxodan üstün hesab edir
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiənin mərkəzində eyni mövqe üçün mübarizə aparan Ronald Arauxo və Erik Qarsiya arasında seçim edib.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı “Barsa”nın mərkəz müdafiəçilərinin çoxluğu fonunda Qarsiyanı uruqvaylı futbolçudan üstün hesab edir.
Dünən keçirilən “Valensiya” ilə kubok matçında (5:0) Qarsiya final fitinə qədər, Pau Kubarsi ilə yanaşı oynayıb. 18 yaşlı futbolçu fasilədə İniqo Martineslə əvəzlənsə də, Arauxo ehtiyat oyunçular skamyasında qalıb.
Arauxo bu yaxınlarda kataloniyalılarla müqaviləsini 2031-ci ilə qədər uzadıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin