
Flik ona istirahət verəcək
“Barselona”nın sağ cinah müdafiəçisi Jül Kundenin “Brügge” ilə qarşıdakı Çempionlar Liqası matçında start heyətində yer almayacağı gözlənilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik fransalı futbolçuya istirahət vermək niyyətindədir. Erik Qarsiyanın onu əvəz edəcəyi gözlənilir.
Kunde bu mövsüm İspaniya klubunun heyətində 14 oyununun hamısında oynayıb və 11-də start heyətində yer alıb.
“Barselona”nın Çempionlar Liqasının 3 turundan sonra 6 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



