
Flik Olmoyla bağlı sualdan yayındı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Dani Olmonun yaxınlarda gəlişi ilə bağlı yayılan məlumatları şərh etmək istəməyib.
Komanda.az “Barsa Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı jurnalistlərin Olmoyla bağlı sualını cavabsız qoyub:
“Bu gün Robert Levandovski və onun vurduğu iki qol haqqında (“Milan”la yoxlama oyununda) danışmalıyıq”.
“Leyptsiq”in və İspaniya millisinin hücumameyilli yarımmüdafiəçisinin yaxın vaxtlarda Kataloniya klubuna keçəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin