Flik: “Nə yaxşı ki, o, bizimlədir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın polşalı hücumçusu Robert Levandovski haqda danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Levandovskinin böyük təcrübəyə malik oyunçu olduğunu bildirib:

“Levandovski təkcə futbol meydançasında deyil, həm də, paltardəyişmə otağında komanda üçün vacibdir. O, böyük təcrübəyə malik oyunçudur. Levandovski bu yaşında da nə qədər peşəkar olduğunu göstərir. Nə yaxşı ki, o, bizimlədir”.

Levandovski bu mövsüm İspaniya çempionatında 5 oyun keçirib. 36 yaşlı forvard 4 qol (biri penaltidən) və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button